İsrail Müdafiə Qüvvələri (IDF) müxtəlif növ raketlər və buraxılış qurğuları üçün İranın yeraltı anbarına zərbələr endirib.
1xeber.media xəbər verir ki, bəyanat iyunun 14-də İDF Mətbuat Xidmətinin Telegram kanalında dərc olunub.
“İD İranın qərbində yer-yer tipli raketlərin və qanadlı raketlərin saxlanması və buraxılması üçün yeraltı obyektə hücum edib”, - bəyanatda deyilir.
Qeyd olunur ki, kəşfiyyat idarəsinin rəhbərlik etdiyi IAF döyüş təyyarələri yer-yer raketlərinin, qanadlı raketlərin və çoxsaylı buraxılış siloslarının saxlanması üçün tunellərin olduğu yeraltı obyektə hücum edib.