Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Yaxın Şərqdəki mövcud vəziyyət Rusiya üçün yaxşı heç nə vəd etmir.
1xeber.media, RİA Novosti-yə istinadən xəbər verir.
"Bölgənin bu cür qarışıqlıq xaosuna, müharibə xaosuna düşdüyü bir vaxtda, əslində, o zaman, təbii ki, bu, bizə yaxşı heç nə vəd etmir. Biz isə yalnız buna təəssüflənirik", - Kreml sözçüsü bildirib.
Onun sözlərinə görə, Yaxın Şərq Rusiya üçün “infrastruktur nöqteyi-nəzərindən önəmlidir”.
Bundan əvvəl məlum olub ki, iyunun 17-də Amerika lideri Donald Tramp ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirmək planlarını təsdiqləyib.