1xeber.media xəbər verir ki, Adının açıqlanmasını istəməyən üç diplomat Reuters agentliyinə bildiriblər ki, İranın xarici işlər naziri Abbas Əraqçi son bir həftə ərzində ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoffla bir neçə dəfə telefonla danışıb.
Əraqçi deyib ki, İsrail İrana hücumu dayandırmayınca rəsmi danışıqlar davam etdirilməyəcək. Bununla belə, o, Vitkoffla ABŞ-ın may ayından uranın dinc məqsədlər üçün ölkədən kənarda zənginləşdirilməsi təklifini müzakirə edib. Mənbələr bildiriblər ki, Vitkoff və Araqçi aprel ayından İtaliya və Omanda keçirilən rəsmi danışıqlarda belə detalları müzakirə etməyiblər. Həmin danışıqlar daha çox vasitəçi vasitəsilə aparılıb və yalnız bundan sonra iki ölkə eyni otaqda qısa müddətə görüşüb.
“Reuters” qeyd edir ki, Tehran və Vaşinqton hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyiblər.