ABŞ-ın İrana mümkün zərbəsi Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinə səbəb olacaq.
1xeber.media xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
O, belə bir addımın regionda vəziyyəti daha da çətinləşdirəcəyini vurğulayıb. "Mən bunu təsəvvür etmək istəməzdim. Moskva hesab edir ki, bu, yanlış addımdır", - Kreml nümayəndəsi bildirib.
Daha əvvəl Peskov bildirib ki, hazırda İsrail və İran arasında münaqişədə Rusiyanın vasitəçiliyinə tələb yoxdur. Eyni zamanda, o qeyd edib ki, onun gələcəkdə meydana çıxıb-çıxmayacağını proqnozlaşdırmaq çətindir.