İsrail Hərbi Hava Qüvvələri (IAF) İranın Tehran yaxınlığında yerləşən radar qurğularına və raket sistemlərinə, eləcə də İsfahan şəhərinə zərbələr endirib.
1xeber.media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“İsfahan və Tehran ərazilərində İD təyyarələrini məhv etmək və onların əməliyyatlarını pozmaq məqsədi daşıyan İranın raket sistemlərinə və radar qurğularına zərbələr endirilib”, - hərbçilər öz Teleqram kanalında qeyd ediblər.
İDF-nin əlavə etdiyi kimi, İranın paytaxtı yaxınlığında həyata keçirilən zərbələr İsrail Hərbi Hava Qüvvələrinin qonşu ölkənin hava məkanında hərəkət azadlığını genişləndirəcək və İsrailin hava üstünlüyünü təmin edəcək.