Rusiya və Ukrayna münaqişənin həlli üzrə danışıqların üçüncü raundunun tarixini birgə müəyyən edəcəklər.
1xeber.media xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2025) kuluarlarında bildirib.
"Tarix birgə müəyyən ediləcək. Bunu hər iki tərəf - Rusiya və Ukrayna müəyyən edəcək", - o, RİA Novosti-nin sualını cavablandırarkən deyib.
İyunun 2-də Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu keçirilib. O zaman o da məlum olub ki, Rusiya tərəfinin münaqişənin həlli ilə bağlı memorandumuna 31 bənd, o cümlədən mümkün atəşkəs variantları daxildir.