Domodedovo hava limanının aktivlərinə sahib olan “DME Holding” MMC-nin aktivləri Federal Əmlakın İdarə Olunması Agentliyinə verilib.
1xeber.media xəbər verir ki, müvafiq qərarı Moskva vilayətinin Arbitraj Məhkəməsi qəbul edib.
İyunun 19-da Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə dəyişikliklər edilib. Əvvəllər holdinq Dmitri Kamenşçik tərəfindən idarə olunurdusa, indi o, dövlətə verilib.