TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi 17 tibb mərkəzi üçün şəxsi hemoqram, koaqulloqramma, immunohematoloji, sidiyin ümumi analizi, PZR müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alır.
1xeber.media xəbərinə görə, testlərin alınmasına 24 335 168 AZN xərclənəcək.
Qurum “Spektr Med” MMC ilə iki müqavilə bağlayıb.
Qeyd: MMC-nin TƏBİB İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlıya məxsus olduğu bildirilir.
Tribunainfo.az