ABŞ-ın Asiyadakı müttəfiqləri geosiyasi gərginlik fonunda taktiki fasilə verirlər.
1xeber.media xəbər verir ki, bunu Rusiya Strateji Araşdırmalar İnstitutunun eksperti, Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun baş elmi işçisi Yuliya Kryaçkina müsahibəsində Yaponiyanın baş naziri Şiqeru İşibanın 24-25 iyunda keçiriləcək NATO sammitində iştirakdan imtina etmək niyyətini şərh edərkən bildirib.
O qeyd edib ki, gərginlik əsasən Pentaqonun nümayəndələrinin Asiya müttəfiqlərindən müdafiə xərclərini 3,5-5%-ə qədər artırmaq tələbləri ilə bağlıdır ki, bu da hazırkı şəraitdə qeyri-realdır və Yaponiya, Cənubi Koreya və Avstraliyanın maraqlarına uyğun gəlmir.
"Tokio amerikalı tərəfdaşları ilə iyulun 1-nə planlaşdırılan 2+2 formatında görüşdən imtina etdi. İşiba Nazirlər Kabineti iyulda keçiriləcək parlament seçkiləri ərəfəsində ABŞ-ın tələblərini müzakirə etməklə xüsusilə əlverişsiz vəziyyətdədir", - ekspert izah edib.