1xeber.media xəbər verir ki, İsrail ordusu İranın qərbindəki raket və dron anbarlarına hücum edib, İsrail Müdafiə Qüvvələri (IDF) bildirib.
"Təxminən 15 qırıcı təyyarə İranın qərbində bir sıra irimiqyaslı zərbələr endirib. Zərbələrin hədəfləri yeraltı hərbi obyektlər və İran silahlı qüvvələrinin raket və pilotsuz uçan aparat anbarı olub", - İDF öz Telegram kanalında bildirib.
İyunun 22-nə keçən gecə ABŞ İranın Natanz, Fordo və İsfahan şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirib.
Bu, Tehranın nüvə proqramı üzrə işinə xələl gətirmək üçün iyunun 13-dən ölkəyə kütləvi zərbələr endirən İsrailin bir həftəlik hərbi əməliyyatından sonra baş verib.
Buna cavab olaraq İran İsrail ərazisinə zərbələr endirib və Amerikanın zərbələrindən sonra bazar ertəsi axşam Qətərdəki ABŞ hərbi bazasına hücum edib.