Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda partlayış baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.
Bildirilib ki, partlayış Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsində yerləşən “Alov” zavodunda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti xidmətləri cəlb olunub.
Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.
Əlavə məlumat veriləcək.
***
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” Zavodunda hər hansı partlayış, yanğın baş verməyib.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.