Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanı qlobal dron istehsalçısına çevirmək istəyinə görə dron imperatoru olmaq istəyir.
1xeber.media xəbər verir ki, bunu istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski Teleqram kanalında yazıb.
"Ölkənin pilotsuz təyyarələr zavoduna çevrilməsi ilə bağlı möhtəşəm planlarla əlaqədar olaraq, liderimizi pilotsuz təyyarələrin imperatoru hesab etməyi təklif edirəm. Zeledron I", - parlamentari yazıb.
Bundan əvvəl Aleksandr Dubinski yazmışdı ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin Sumı vilayətinə ehtiyat göndərmək qərarı Ukrayna ordusunun bütün sahələrdə uğursuzluğu ilə nəticələnəcək.