İranın ali rəhbəri Əli Xameneyinin müşaviri Əli Şəmxani televiziya proqramına müsahibəsində İsrailin hücumları zamanı aldığı xəsarətlərdən danışıb.
1xeber.media xəbər verir ki,Şəmxani bildirib ki, İsrailin hücumlarında daha çox daxili zədə alıb, döş qəfəsi qırılıb. O, iddia edib ki, sübh namazını dağıntılar altında qılıb.
“Hücumlardan sonra üç saat dağıntılar altında qaldım. Əvvəlcə bunun zəlzələ olduğunu düşündüm. Amma avtomobillərin səsini eşidəndə bunun olmadığını anladım", - deyə, Şəmxani vurğulayıb.