İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, Tehrana qarşı müharibədə qələbə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və Fələstinin radikal HƏMAS hərəkatının məğlubiyyəti üçün geniş imkanlar açır.
1xeber.media teleqraf-a istinadən xəbər verir ki, o bu bəyanatı Şin Bet müəssisəsinə səfəri zamanı verib.
"Biz varlığımız üçün iki ölümcül təhlükəni (Tehranın nüvə proqramı və İranın ballistik raketlərinin istehsalı – red.) aradan qaldırdıq. Bu qələbədən sonra ilk növbədə, girovların azad edilməsi üçün geniş imkanlar açıldı", - Netanyahu bildirib.
Baş nazir əlavə edib ki, İsrail həmçinin Qəzza məsələsini həll etməli və HƏMAS-ı məğlub etməlidir:
"İnanıram ki, biz hər iki məqsədə nail olacağıq", - deyə baş nazir davam edib.
O, həmçinin İsrailin regiondakı əlavə ölkələrlə münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunaraq, geniş regional imkanların açıldığını qeyd edib.