ABŞ-ın Vaşinqton şəhərində yaşayan azərbaycanlı alim Tofiq Şahtaxtinski vəfat edib.
1xeber.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, texnika elmləri doktoru, professor Tofiq Şahtaxtinskinin ABŞ-da dəfn ediləcəyi bildirilib.
Qeyd edək ki, T.Şahtaxtinski həm də ictimai-siyasi fəaliyyəti ilə tanınıb.
Onun oğlu İsmayıl Şahtaxtinski də ABŞ-da yaşayır və tanınmış vəkildir.