Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmana əsasən, 2 iyul Azərbaycanda Polis günü kimi qeyd edildi.
Prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə Daxili İşlər Nazirliyinin bütün strukturlarının fəaliyyəti gücləndirildi, peşəkarlıq səviyyəsi artırıldı. Daxili Qoşunların peşəkar kadr özəyi formalaşdırıldı, Türkiyə Silahlı Qüvvələri, o cümlədən Jandarm Baş Komandanlığı ilə əməkdaşlıq gücləndirildi.
Ən müasir infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan polisi ictimai asayişin, qanunların qorunması üzrə peşəkar kadr korpusuna malikdir. Vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsində, cinayətkarlığa, transmilli mütəşəkkil kriminal ünsürlərə qarşı mübarizədə barışmaz mövqe tutan daxili işlər orqanları hər zaman vəzifə borcuna sadiq qalıb.