Pentaqonun siyasi departamentinin rəhbəri Elbridge Colby ABŞ-ın silahlanma yarışında Çindən geri qalacağından ehtiyat edir.
1xeber.media xəbər verir ki, bunu amerikalı politoloq Malek Dudakov Vaşinqtonun Ukraynaya zenit-raket kompleksləri və yüksək dəqiqlikli döyüş sursatlarının tədarükünü dayandırmaq qərarını şərh edərkən deyib.
“Kolbi Amerikanın silahlanma yarışında Çindən geri qalacağından qorxanlardan biridir, çünki ABŞ hərbi maşını bütün dünyada çoxlu sayda münaqişələr: Ukrayna, Yaxın Şərq, İsrailin müdafiəsi, İranla qarşıdurmada bataqlığa düşüb”, - mənbə bildirib.
Ekspertin fikrincə, bununla bağlı məhdud hərbi resurslara qənaət etmək və onları əsas prioritet sahəyə - Asiyaya yönləndirmək lazımdır.