Almaniya kansleri Fridrix Merz hazırda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırmır.
1xeber.media xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsinə istinadən Reuters agentliyi məlumat yayıb.
Agentliyin mənbəsinin sözlərinə görə, kansler Putinlə Fransa prezidenti Emmanuel Makron arasındakı söhbəti nəzərə alaraq, hazırda Rusiya lideri ilə “telefon danışığını planlaşdırmır”. Bundan əlavə, hökumət sözçüsü qeyd edib ki, Paris yaxınlaşan zənglə bağlı Berlini əvvəlcədən xəbərdar edib.
Daha əvvəl Le Monde yazıb ki, Merz Putinin sözlərini “dəyərsiz” hesab edir və hər hansı dialoqdan imtina edir.
İyulun 1-i axşam saatlarında Rusiya lideri Makronla telefon danışığı aparıb. Söhbətin əsas mövzuları İsrail və İran arasında münaqişə, Amerikanın İranın nüvə obyektlərinə zərbələri və Ukraynadakı vəziyyət olub.