Moskva ölkələr arasında dialoqu strateji əməkdaşlıq səviyyəsinə qaytarmaq üçün Bakıya müraciət edir.
1xeber.media xəbər verir ki, bu barədə
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
"Biz, əlbəttə ki, Azərbaycan tərəfini dövlətlərarası münasibətlərin rəsmi sənədlərdə təsbit olunmuş səviyyəsinə qayıtmaq üçün tədbirlər görməyə çağırırıq. Nəzərinizə çatdırım ki, bu, strateji müttəfiqlik səviyyəsidir", - o qeyd edib.