ABŞ prezidenti Donald Tramp Rusiyanın bəzi aktivlərinə qarşı sanksiyaları ləğv edib.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.
Xüsusilə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) keçmiş prezidenti Kirsan İlyumjinova məxsus Rusiya Maliyyə Alyansı bankı sanksiya siyahısından itib.
Tempbank, RFK-Bank və İranın Mir Biznes Bankında da məhdudiyyətlər aradan qaldırılıb.
“Promsyriemport”, “Global Concepts Groups”, “Rosoboronexport”, “Global Vision Group”, “STG Logistics”, “Maritime Assistance” və digərlərinə qarşı sanksiyalar ləğv edilib.
Bundan əvvəl ABŞ prezidenti Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı sərəncam imzalayıb. Ağ Ev qeyd edib ki, Amerika liderinin hərəkətləri “ölkənin sabitlik və sülhə gedən yolunu təşviq etmək və dəstəkləmək” məqsədi daşıyır.