1xeber.media xəbər verir ki, Gürcüstan prezidenti Mixail Kavelaşvili həbsdə olan müxalifət üzvlərinin oktyabrda keçiriləcək yerli seçkilərdə iştirak etmək niyyətində olduqları təqdirdə onları əfv edəcəyini bildirib.
"Təklif edirəm ki, bütün məhkum edilmiş siyasətçilər əfv üçün mənə müraciət etsinlər və seçkilərdə iştirak etmək istəklərini təsdiq etsinlər. Belə müraciət olarsa, mən dərhal müvafiq məhbusların əfv aktı verəcəyəm", - prezident yazıb.
Onun sözlərinə görə, bütün siyasi partiyaların yerli bələdiyyə seçkilərində iştirak etməsi və tam seçki kampaniyası apara bilməsi vacibdir.
Bundan əvvəl baş nazir İrakli Kobaxidze bildirib ki, Gürcüstanda artıq müxalifət yoxdur, gürcü xalqı da onu dəstəkləmir. O, həmçinin qeyd edib ki, gürcü xalqının mövqeyi ölkə hakimiyyəti üçün prioritetdir.