İsrail HƏMAS ilə dolayı danışıqlar aparmaq üçün Qətərə nümayəndə heyəti göndərmək qərarına gəlib.
1xeber.media xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
“Yüksək rütbəli İsrail rəsmisi bildirib ki, Qətərin paytaxtı Dohada dolayısı danışıqlara İsrail nümayəndə heyətinin göndərilməsi barədə qərar qəbul edilib”, - nəşr yazır.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu fövqəladə nazirlər şurasını çağırıb. Qeyd olunur ki, İsrail hökumətinin başçısı “dar kabinet”in iclasını keçirəcək, bu iclasda digər məsələlərlə yanaşı, bütün girovların tezliklə azad edilməsi, habelə danışıqlar qrupunun Dohaya göndərilməsi məsələsi müzakirə olunacaq.