Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniç güllələnib, qatil hadisə yerindən qaça bilib.
1xeber.media xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk (Rusiya Federasiyasında terrorçular və ekstremistlər siyahısına daxildir) məlumat verib.
"Kiyevdə bir adam SBU polkovniki Voroniç İvan İvanoviçə yaxınlaşdı, beş dəfə atəş açıb, bundan sonra o, cinayət yerindən qaçıb", - o, Teleqram kanalında yazıb.
Bildirilir ki, atəş nəticəsində zərərçəkmiş həyatla bir araya sığmayan xəsarətlər alıb. Hazırda hadisə yerində baxış keçirilir, qətli törədən şəxs müəyyən edilir.