Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan əsilli direktoru həbs olunduqdan sonra iyunun sonunda fəaliyyətini dayandıran “Kaspi” kafesi yenidən işləyir.
1xeber.media lent.az-a istinadən bildirir ki, müəssisənin qapısındakı lövhədə “Yay eyvanı üzərində işləyirik” yazılıb. Jurnalistlərin çəkilişi zamanı yay eyvanında adam olmayıb. Müəssisənin əməkdaşının dediyinə görə, “Kaspi” ayın 15-də açılacaq. Həmsöhbət bağlanma səbəbinin deməsə də, restoranın yaxşı işlədiyini deyib. Müəssisəyə daxil olmaq hələ mümkün deyil. Qonaqlar yalnız həyətdəki masalarda otururlar.
Məlumata görə, kafe iyunun 27-də fəaliyyətini dayandırıb. Həmin gün Azərbaycan vətəndaşlarının saxlanılması üçün xüsusi əməliyyat keçirilib. Onların arasında 2001, 2010 və 2011-ci illərdə adam öldürmə və qəsdən adam öldürməyə cəhddə iştirak edən şəxsləri axtarıblar. Bundan sonra məhkəmə cinayəti törətməkdə şübhəli bilinən Səfərov qardaşları, Lalayev və digər azərbaycanlıları həbs edib.
Qeyd edək ki, “Kaspi” kafesi azərbaycanlı Səfərovlar ailəsinə məxsus olub.