Çağatay Ulusoyla Elçin Sanqunun baş rolları oynayacağı “Uykucu adam” filmində çəkiləcək daha bir aktyorun adı bəlli olub.
1xeber.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Barış Falay yer alacaq.
O, layihədə “Kartal” rolunu canlandıracaq.
Qeyd edək ki, Çağatayla Barış Falay 12 il əvvəl (2013-2015) reytinqli “Medcezir” serialında birgə rol alıblar.