Bakıda yerləşən İkinci Fəxri xiyaban iyunun 1-dən təmirə bağlanıb.
1xeber.media bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu səbəbdən hazırda xiyabana yalnız şəhidlərin ailə üzvlərinin girişinə icazə verilir.
Təmir sentyabrın 27-dək başa çatacaq.
27 sentyabr – Anım Günü İkinci Fəxri xiyaban yenidən ziyarətçilərin ixtiyarına veriləcək.