Sosial şəbəkələrdə paylaşılan bu görüntülər Xaçmaz rayonunun Niyazoba çimərliyinəndir, balıqçı torları quraşdırılıb.
1xeber.media xəbər verir ki,quraşdıran balıqçı torları sözün əsl mənasında ciddi təhlükə mənbəyidir. Burda insan həyatına təhlükədən söhbət gedir.
Kimlər bu kimi şeylərə şərait yaradır çox maraqlıdır. Şəxsi qazanc məqsədilə insan həyatını təhlükəyə atmaq cinayətdir.
Qanunsuz balıq ovuna gələndə isə cəriməsi 50 000 azn-dir.