Bakıda uşaq peçenyesinin içindən dəmir parçası çıxdığı iddia olunur.
1xeber.media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Mirəli Süleymanov adlı valideyn paylaşım edib.
O, məhsulun “Bolluq LTD” MMC-yə məxsus olduğunu bildirib.
Şikayətçi həmin peçenyeni azyaşlı övladı üçün aldığını, lakin uşağa verməzdən əvvəl içərisində dəmir parçası olduğunu aşkar etdiyini deyib.
“Bu məhsul "Bolluq LTD MMC"-yə məxsus uşaqlar üçün peçenyelərdir. Yaxşı ki, uşaq yemədən içindən çıxan bu dəmir parçasını gördük. Uşaqlara bu kimi məhsulları verəndə diqqətli olmaq lazımdır”, - valideyn bildirib.
Məsələ ilə bağlı "Bolluq LTD MMC"-yə müraciət etdik. Məsələni araşdırıb məlumat verəcəklərini bildirdilər.