Çin Tayvan və ABŞ arasında istənilən rəsmi təmaslara qarşıdır və Vaşinqton Tayvan məsələsinin Pekin üçün həssaslığından xəbərdar olmalıdır.
1xeber.media xəbər verir ki, bunu keçirdiyi brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib.
“Birləşmiş Ştatlardan keçməklə mümkün tranzit məsələsinə gəlincə, Çin Birləşmiş Ştatlar və Tayvan arasında rəsmi təmasların istənilən formasına qəti şəkildə qarşı çıxır”, - RİA Novosti onun sözlərini sitat gətirir.
Diplomat həmçinin qeyd edib ki, Çin ABŞ-ın Tayvana verdiyi dəstəyə qarşıdır. Lin Jian vurğulayıb ki, Vaşinqton Tayvan məsələsinin yüksək dərəcədə həssaslığından xəbərdar olmalı və “vahid Çin” prinsipinə əməl etməlidir.