1xeber.media xəbər verir ki, Finlandiyanın Finnair aviaşirkəti 2025-ci ildə Avropanın ən pis aviadaşıyıcısı seçilib. Statistik məlumatlar Flightright saytında dərc olunub.
Antireytinqə əsasən, 2,48 ulduz reytinqi ilə Finlandiyanın dövlət aviaşirkəti birinci yeri tutub. İkinci yerdə İspaniyanın aşağı büdcəli aviaşirkəti Vueling Airlines qərarlaşıb (onun reytinqi 2,52 ulduzdur). Üçüncü yeri 2,58 ulduz indeksi ilə İrlandiyanın büdcəli Ryanair aviaşirkəti tutub. İlk 10-luqda həmçinin 2,80 ümumi reytinqlə Türk hava yolu şirkəti Türk Hava Yolları yer alıb.