Həbsdə olan Ata Abdullayevin anası və Amerika vətəndaşı olan arvadı Ombudsman Aparatında olublar. Onlar Ata Abdullayevin çəkilməmiş cəzasını çəkmədən vaxtından əvvəl həbsdən azad edilməsini istəyiblər.
1xeber.media ajans.az-a istinadla xəbər verir ki, Ata Abdullayevin anası Şəhla Yusifova və arvadı Emmori hesab edir ki, buna əsas kimi Ata Abdullayevin bu günə qədər bütün qayda qanuna əməl etməsidir.
Xatırladaq ki, Ata Abdullayev 2019-cu ildə Amerika vətəndaşı və iş qadını Emmori ilə ailə həyatı qurub.
Anası Şəhla Yusifova isə, 2022-ci ilin əvvəlində yaşadığı və işlətdiyi Nəsimi rayonundakı “Çayxana” adlanan ərazidə həbs edilib. Şəhla Yusifova insan alverində ittiham edilib.
Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2021-ci ilin mart ayında saxlanılıb.Onun barəsində, 2021-ci ilin 28 dekabrında 7 il azadlıqdan məhrum edilmə qərarı verilib.
Ata Abdullayevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.