Ukrayna Prezidenti Vladimir Zelenski çoxsaylı vətəndaşlıq haqqında qanunu imzalayıb.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının rəsmi saytı məlumat yayıb.
Qeyd olunur ki, “Ukrayna vətəndaşlığını əldə etmək və saxlamaq hüququnun həyata keçirilməsinin təmin edilməsi ilə bağlı Ukraynanın bəzi qanunlarına dəyişikliklər edilməsi haqqında” qanunu dövlət başçısı bu gün, iyulun 15-də imzalayıb.
Qanunda deyilir ki, çoxsaylı vətəndaşlıq bir şəxsin eyni vaxtda iki və ya daha çox dövlətin vətəndaşlığına mənsubluğudur.