1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniyanın Ukraynadakı müharibə ilə bağlı fikirlərinə təsiri ilə bağlı sualı cavablandırıb.
"O, çox ağıllıdır. Çox neytraldır. O, mənim kimidir - insanların ölməsini dayandırmasını istərdi", - Tramp deyib.
Bir gün əvvəl Times qəzeti ABŞ-ın birinci xanımı Melaniya Trampı “Ağ Evdə Zelenskinin gözlənilməz müttəfiqi” adlandırmışdı.
Nəşrin yazdığına görə, Trampın Ukraynaya Patriot raketləri vermək qərarına məhz Melaniya təsir göstərə bilərdi. Guya o, ərinə Rusiya hücumlarının nəticələrini xatırladıb və müharibəyə münasibətini keçmiş Yuqoslaviyada yaşaması ilə şərtləndirir.