Erməni biznesmen və xeyriyyəçi Samvel Karapetyana qarşı irəli sürülən yeni ittihamlar onun Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən mümkün qədər uzun müddət həbsdə saxlanmasına yönəlib.
1xeber.media xəbər verir ki, bunu erməni siyasətçi, “İşıqlı Ermənistan” partiyasının yaradıcısı Edmon Marukyan deyib.
Həmin gün Karapetyana qarşı yeni çirkli pulların yuyulması ittihamı irəli sürülüb.
"Samvel Karapetyana qarşı irəli sürülən yeni ittihamların mahiyyəti onu mümkün qədər uzun müddət hüquq-mühafizə orqanlarında, xüsusən DTK-nın zirzəmisində, bizim dediyimiz kimi, yəni Ermənistanın MTN-nin (Milli Təhlükəsizlik Xidməti. — Red.) zirzəmisində saxlamaqdır. O, tamamilə icra hakimiyyətinin əlindədir", - Marukyan bildirib.