Moskvanın Xamovniçeski Rayon Məhkəməsi “Darvol” zərgərlik brendinin sahibi Daria Spiridonovanı qızıl-zinət əşyaları ilə bağlı külli miqdarda dələduzluqda təqsirli bilib və onu 7 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 21-də məhkəmədən məlumat verilib.
Spiridonovanın üç il müddətinə kommersiya təşkilatlarında idarəetmə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edildiyi bildirilir. Hökm hələ qanuni qüvvəyə minməyib.
Vəkillər məhkəmədən brend sahibinə həbslə bağlı olmayan cəza təyin edilməsini və ya onun icrasının kiçik qızı 14 yaşına çatana qədər təxirə salınmasını istəyiblər. Bundan əvvəl Spiridonova son ifadəsində etdiyi əməldən peşman olduğunu və mövcud vəziyyəti düzəltmək arzusunda olduğunu bildirib.