Ukrayna nümayəndə heyəti İstanbulda Rusiya tərəfi ilə danışıqlar zamanı Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında görüşün keçirilməsi mümkünlüyünü müzakirə etməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrə istinadən bildirib.
"Əsas mövzu liderlərin görüşü ilə bağlıdır. Nümayəndə heyətimiz ora buna görə gəlib", - mənbə deyib.