Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Mərdəkan Reabilitasiya Pansionatında elektrik naqilləri və torpaqlama sisteminə baxım xidmətinin satın alınması məqsədilə elan olunmuş tender iştirakçı çatışmazlığı səbəbindən ləğv olunub.
1xeber.media xəbər verir ki, 32gun.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, müsabiqədə iştirak üçün tələb olunan sayda – yəni ən azı üç uyğun təchizatçının olmaması səbəbilə 17.030,95 AZN dəyərində olan satınalma proseduruna xitam verilib.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Ramin Alik oğlu Rzayevdir.