Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) səlahiyyətlərini məhdudlaşdıran qanunun qəbulundan sonra Ukrayna lideri Vladimir Zelenskidən açıqlama tələb edib.
1xeber.media xəbər verir ki, bunu iyulun 23-də AK nümayəndəsi Qiyom Mersier Politico-ya bildirib.
“Fon der Leyen düzəlişlərin nəticələri ilə bağlı ciddi narahatlığını ifadə edib və Ukrayna hökumətindən aydınlıq istədi.
“Politico” mənbəsinin məlumatına görə, Avropa Şurasının (Aİ) prezidenti Antonio Kosta da Zelenskiyə öz narahatlığını bildirib və ondan qanunla bağlı izahat istəyib.