Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vergi borcu artıb
1xeber.media xəbər verir ki, MKTB-nın borcu 125 min 60,49 manata çatıb. Məlumata görə, iki ay əvvəl bu məbləğ 76 min 497,78 manat olub.
Birliyin qanuni təmsilçisi Namizəd İsmayılov İsmayıl oğludur.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, bu vəzifəni artıq 13 ildir icra edir.