Rus işğalçı qüvvələri artıq yay hücumlarına başlayıb.
Bu sözləri hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Aleksey Getman deyib.
O qeyd edib ki, düşmən heç bir şəkildə aktivləşə bilmədiyi ərazilərdə aktivləşir. Onun sözlərinə görə, Ukrayna prezidentin də danışdığı cəbhənin bir neçə bölməsinə zərbələr gözlənilir:
"Ali Baş Komandan bu barədə bildirdi ki, biz şimal-cənub Slobojanski istiqamətini, ola bilsin ki, cənub istiqamətini - Zaporojye və Xersonu gözləyirik və açıq-aydın bu, Kupyansk-Limanski istiqamətidir. Şərq cəbhəsi isə - Pokrovsk, Toretsk, Konstantinovskidir”.
Getman əlavə edib ki, hücuma hazırlaşan istənilən ordu az da olsa irəliləyir. Onun sözlərinə görə, söhbət yalnız bu irəliləyişin dərinliyindən və itkilərdən gedir:
“Tarixdə elə bir hal olmayıb ki, hazırlıq görən ordu hücum əməliyyatlarına başlayıb və irəli getməsin”.