Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə yeni rəis təyin olunub.
1xeber.media Unikal-a istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.
Əmrə əsasən, rəis vəzifəsinə Rəcəb Rəfael oğlu Məmmədov təyinat alıb.
Qeyd edək ki, R.Məmmədov bundan əvvəl Ramana bələdiyyəsinin sədri olub.