İranın Məşhəd şəhərində sürücü avtomobilinin qanunsuz saxlanıldığı və yoxlanıldığı üçün polis əməkdaşını yandırıb.
1xeber.media xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, polis əməkdaşı minik avtomobilində axtarış apardığı zaman sürücü buna etiraz edib və polisin üzərinə benzin tökərək onu yandırıb.
Hadisə yerinə gələn başqa polislər sürücüyə atəş açıb, yanan polis əməkdaşı və yaralı sürücü xəstəxanaya köçürülüb.