Azərbaycanda iyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 1xeber.media-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhərdən bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-27, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-26 dərəcə isti olacağı ehtimal edilir.