Bu ilin 6 ayı ərzində yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat məbləğində maddi ziyan vurulub.
1xeber.media xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, istintaq tədbirləri ilə həmin məbləğin 37,7 faizinin, yəni 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunmuş, habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.