Ağdam şəhərində bərpa və tikinti işləri çərçivəsində daha iki böyük məbləğli tenderə yekun vurulub.
1xeber.media FED.az-a istinadla xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən elan olunmuş tender müsabiqələrinin nəticələrinə əsasən, ümumi dəyəri təxminən 39,8 milyon manat olan yaşayış binalarının inşası işləri üzrə qalib şirkətlər müəyyən edilib.
Birinci tender Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 7 və 8-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı olub. Bu layihənin icrası üçün qalib seçilmiş “SMTS” MMC (VÖEN: 1600722171) ilə 26 013 265 AZN məbləğində müqavilə bağlanıb.
Qeyd edək ki, “SMTS” MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 612 435 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ağalar Allahyarov Məmmədağa oğludur. Hüquqi ünvanı AZ1800, Şirvan şəhəri, M.Rəsulzadə ünvanında yerləşir.
İkinci tender isə Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-120 üzrə binaların tikintisini əhatə edib. Bu tender üzrə qalib “Körpü-Bina-Tikinti” MMC (VÖEN: 3100026151) olub və müqavilə dəyəri 13 800 058 AZN təşkil edir.
Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 17.09.2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 300 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli 2, ev.1 ünvanında yerləşir.