Hindistanın Kolar rayonunun (Karnataka) sakində əvvəllər məlum olmayan qan qrupu aşkar edilib.
1xeber.media xəbər verir ki, yeni qan qrupu xəstəxanaya ürək əməliyyatı üçün yerləşdirilən 38 yaşlı pasiyentdə tapılıb. Belə ki, pasiyentin müsbət Rh faktoru (O Rh+) olan qan qrupuna sahib olduğu düşünülüb. Lakin qan analizi zamanı qan nümunələrinin heç birinin xəstəyə uyğun gəlmədiyi görülüb. Nəticədə xəstəxana "Rotary Bangalore TTK" qan mərkəzindəki laboratoriya ilə əlaqə saxlayıb. Sonra xəstədən və onun yaxınlarından qan nümunələri Beynəlxalq Qan Qrupu Referans Laboratoriyasına (Bristol, İngiltərə) göndərilib.
Ümumilikdə, tədqiqatlar on ay ərzində aparılıb, bu müddət ərzində CRIB adlı qan qrupunda əvvəllər naməlum olan antigen tapılıb. Burada I "Hindistan", B "Bangalore", CR isə Cromer qan qrupu sisteminə istinad edir.
Xatırladaq ki, bundan əvvəl Moskva sakinində rezus faktor D antigeninin əvvəllər qeydə alınmamış variantı müəyyən edilib. Müayinə zamanı həkimlər onun ikinci qan qrupu və D-mənfi rezus faktoru olduğunu müəyyən ediblər.