Ermənistan Apellyasiya Məhkəməsi iş adamı və xeyriyyəçi Samvel Karapetyanın evində aparılan axtarışı qanunsuz elan edib.
1xeber.media xəbər verir ki, bunu iyulun 30-da onun vəkili Lianna Qasparyan deyib.
“Bu qərardan verilən şikayət təmin edilib, Apellyasiya Cinayət Məhkəməsi Samvel Karapetyanın hüquqlarının pozulması faktını qeydə alıb”, - deyə Sputnik Ermənistan agentliyi onun sözlərini sitat gətirib.
Vəkilin sözlərinə görə, biznesmenin həbsi barədə qərarı Karapetyanın İrəvandakı evində axtarış aparılmasına icazə verən həmin hakim verib. Apellyasiya Məhkəməsinin qərarı da öz növbəsində axtarış üçün heç bir əsasın olmadığını təsdiqləyir.