1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında bildirib ki, Kiyev Vaşinqtonla silah tədarükü ilə bağlı genişmiqyaslı sazişlər barədə razılığa gəlib.
O, bunun "hər iki ölkəmizi mütləq gücləndirəcəyini" vurğulayıb, lakin təfərrüatları açıqlamayıb. "Biz Amerikanın sülh naminə Rusiyaya təzyiq göstərmək üçün atdığı fundamental addımları çox yüksək qiymətləndiririk", - siyasətçi minnətdarlığını bildirib.
Bundan əvvəl Ali Radanın spikeri Ruslan Stefançuk bildirib ki, Kiyev Amerika silahları müqabilində Ukrayna pilotsuz təyyarələrinin satışına dair ABŞ-la razılaşma hazırlayır. O, bunu “meqa sövdələşmə” adlandırıb. Ukrayna pilotsuz təyyarələri ABŞ-a satılacaq, Ukrayna isə ABŞ-dan ən son silahlar alacaq. Bu, tamamilə yeni səhifədir”, - deputat qeyd edib.