Dövlət Turizm Agentliyi “Dairəvi məbəd”in təmiri üçün 97 min manatlıq müqavilə bağlayıb – Qalib şirkətə cərimə tətbiq olunub
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Şəki şəhərində yerləşən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisindəki “Dairəvi məbəd”in əsaslı təmiri üzrə qalıq işlərin satın alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki l, Satınalmanın qalibi “İSMAYILLI TİKİNTİ-27” Açıq Səhmdar Cəmiyyəti olub. Müvafiq olaraq şirkətlə 97.599,9 manat dəyərində müqavilə imzalanıb.
Təmir işlərinə zəif cərəyanlı sistemlər və yanğın siqnalizasiyası üzrə işlər daxildir.
Qalib şirkətin qanuni təmsilçisi Azad Əliyev Gülməmməd oğludur.
Məlumata görə, sözügedən şirkətə Operativ Vergi Nəzarəti tədbirləri çərçivəsində 2000 manat maliyyə sanksiyası tətbiq edilib. Sanksiyanın səbəbi – işlərin icrasına cəlb edilən fiziki şəxslərlə əmək müqaviləsinin bağlanmaması olub. Nəticədə, məsələ ilə bağlı AKT tərtib edilib.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir. Prezident İlham Əliyev bu il martın 4-də imzaladığı sərəncamla ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verib.