Tehran Ali Milli Təhlükəsizlik Şurasında əhəmiyyətli struktur dəyişiklikləri çərçivəsində yeni Ali Müdafiə Şurası yaratmağa hazırlaşır.
1xeber.media xəbər verir ki, bu barədə “Fars” və “Tasnim” agentlikləri məlumat yayıb.
Mətbuatın yazdığına görə, Müdafiə Şurasının strukturu bir neçə gün əvvəl təsdiqlənib.
Mənbələrə görə, prezident şuraya sədrlik edəcək, katib isə çox güman ki, prezidentin təyin etdiyi hərbçi olacaq. Əsas məqsədlərin ölkənin müdafiə qabiliyyətinin hərtərəfli gücləndirilməsinin dəstəklənməsi, müdafiə sektorunda qərarların qəbulu sürətinin artırılması və Silahlı Qüvvələrin Baş Qərargah rəisindən əlavə hərbi komandirlərin cəlb edilməsi olduğu bildirilir.